Haqqımızda

Biz kimik?

2014-cü ildə yaradılan Diksiya Akademiyası MMC şifahi və yazılı nitqlə bağlı bütün təlimləri özündə birləşdirən şirkətdir.

Xidmətlərimiz

Su kimi axıcı, səlis, inandırıcı danışmaq istəyənlər üçün xidmət göstəririk!

Təlimçilər

Asan, effektiv üsullardan istifadə edərək qısa zamanda nitqinizi dəyişən təlimçilərimizə müraciət edə bilərsiniz.

Biz kimik?

2014-cü ildə yaradılan Diksiya Akademiyası MMC şifahi və yazılı nitqlə bağlı bütün təlimləri özündə birləşdirən şirkətdir. Təsisçisi və rəhbəri  tanınmış aparıcı, diksiya üzrə mütəxəssis, BDU-nun Jurnalistika fakülətəsinin müəllimi, Türkiyənin “Sayğın“ Fərdi İnkişaf  mərkəzinin məzunu və Azərbaycandakı təmsilçisi Cəlalə Nəzəroğludur.

Məqsədimiz:

Azərbaycan dilində qüsursuz danışmaq və yazmaq istəyən hər kəsə xidmət göstərmək bizim ən vacib missiyamızdır.

Bəlkə, sizdə də bu hallar baş verir:

Danışanda həyəcanlanırsınız. Əslində, nə demək istədiyinizi bilirsiniz, amma kəlmələr heç cür dilinizə gəlmir. Fikrinizi dolaşıq ifadə edirsiniz, qarşı tərəf sizi anlamaqda çətinlik çəkir.

“Ağzınızın içində” danışırsınız. Sözlər, daşın altında qalıbmış kimi “əzilərək” tələffüz olunur (ağzınızdan çıxır). Diliniz “topuq çalır”, ağzınızı güclə açırsınız. Sanki danışmağa səbriniz çatmır. Sözləri tez deyib susmaq, xilas olmaq istəyirsiniz.

Həyəcandan əl-ayağınız əsir, ürək döyüntüləriniz danışmağa imkan vermir. Mövzunu yaxşı bildiyiniz halda, hər şeyi unudub pərt vəziyyətə düşürsünüz.

Səsinizi bəyənmirsiniz. Sanki sizə aid audio-video materialları dinlədikdə və izlədikdə utanırsınız. Gündəlik ünsiyyətdə kiməsə yolladığınız səsi təkrar dinləyib silir, dəfələrlə yazırsınız.

Nitqinizdə olan probemlər sizi hər zaman narahat edir. Çünki cəmiyyətdə yaşayırıq, ünsiyyət qurmadan heç bir şey edə bilmərik. Ailədə, dostlar arasında, iş yerində – hər yerdə hörmət edilən, dinlənilən, sözünün kəsəri olan şəxs kimi tanınmaq istəyirsiniz.

Bütün bu sadalananlar sonradan öyrənilə bilən məziyyətlərdir. Sadəcə, doğru sistemlə tanış olmaq və tətbiq etmək yetərlidir.

Daha öncəki cəhdləriniz niyə baş tutmayıb?

Əlifbanı öyrənmədən yazmağa cəhd göstərmək nə dərəcədə düzgündür? Diksiyanı öyrənmək də işin əlifbasını bilməyi tələb edir. Diksiya Akademiyasının qurduğu sistemdə diksiya A-dan Z-yə öyrədilir. Təsirli danışıqda ən son öyrənilən mövzu bədən dilidir. Bu dərsi ilk dəfədən öyrənmək yarımçıqlıqdan başqa bir şey deyil. Əvvəlcə təməlini möhkəm qoymaq lazımdır. Unutmayın, diksiyada sistem zəncirvari şəkildə qurulub və halqaların hamısı bütövlük üçün qeyd-şərtsiz vacibdir. Hər şey çox asandır: sadəcə, qoşulun və elə ilk dərsdən nəticəni özünüz görün!

Bu kurs kimlər üçündür?

Fərdi inkişafında zirvəyə qalxmaq istəyənlər;

Bilik və bacarıqlarını tam göstərmək istəyənlər;

Karyerasında yüksəlmək, lider olmaq istəyənlər;

Özünə inam hissi zəif olanlar;

Rəhbər şəxslər;

İşi danışmaqdan keçən bütün peşə sahibləri;

Uşaq və yeniyetmələr üçün;

Bir sözlə, hər kəs üçün! Diksiya Akademiyasına yaşından, vəzifəsindən, peşəsindən asılı olmayaraq, bütün şəxslər, istənilən sahədə fəaliyyət göstərən şirkətlər müraciət edə bilərlər.

Prinsiplərimiz:

Bir-neçə dili bilmək əladır. “Təkcə Azərbaycan dilini bilənə iş tapılmır” streotipi isə yanlışdır. Biz bunu sübut etməkdə qərarlıyıq!

Ali və orta məktəblərdə hər zaman ödənişsiz seminar veririk

Azərbaycan dilində öyrənmək istəyən hər kəsin sualını məmuniyyətlə cavablandırırıq

Yalnız peşəkar təlimçilərlə işləyirik və hər zaman yenilikləri təqib edirik

Hansı xidmətləri təklif edirik?

Düzgün nəfəsalma texnikası (bu, düzgün danışığın təməlidir);

Diafraqma nəfəsi həyəcansız çıxışın və dolğun səsin zəmanətidir.

Səsin dolğunlaşdırılması;

Səsin ünsiyyətdə payı 30%-dir-səsinizlə insanlara təsir edin!

Ağız tənbəlliyinin aradan qaldırılması;

Dil, dodaq, çənə aktiv olmasa, səslər (hərflər) ağızdan qüsursuz çıxır, sanki sözlər “ağızdan tökülür”...

Nitqdə qüsurların aşkarlanması və korreksiyası;

Bəzən xırda səhvlər ciddi tələffüz qüsurları yaradır.

Söz ehtiyatının artırılması;

Kasad lüğətlə səlis danışmaq mümkün deyil, axıcı nitq üçün daha çox söz öyrənək!

Ləhcənin təmizlənməsi;

Hər bir bölgənin öz ləhcəsi olsa da, ictimai yerlərdə mütləq ədəbi dildə danışmaq lazımdır. “Filan rayondansan?” sualını eşitməmək üçün ədəbi dili öyrənək!

Rabitəli nitqin öyrədilməsi;

Fikirlərin dolaşıq ifadə olunması danışanın özünü ifadə etməsinə əngəl yaradır.

Çıxış həyəcanının aradan qaldırılması;

Çıxış vərdişlərini aşılamaqla, səhnələri fərh etmək mümkündür!

Müxtəlif peşə və vəzifə sahiblərinə uyğun nitqin öyrədilməsi;

Mütəxəssisin öz sahəsinin peşəkarı olduğunu göstərən birinci fakt onun nitqidir.

Mikrofon və kamera qarşısında sərbəst çıxış;

Bu fobiya hətta əzbər bilinən fikirləri belə, unutdurur. Xilas olmaq isə asandır!

Aparıcılıq;

Təhsildən asılı olmayaraq, təlim keçməklə, hər kəs aparıcı ola bilər!

Bəlağətli natiqlik;

Səs, söz və bədən dilinin bütün imkanlarından istifadə edərək möhtəşəm bir natiq ola bilərsiniz!

Yazılı nitqin təkmilləşdirilməsi;

Yazısında səhvlər olan şəxsin savadlı və peşəkar olmasına inanmırlar – düzgün yazmaq vacibdir!

Şirkət əməkdaşlarına danışıq və düzgün yazı qaydalarının öyrədilməsi;

Əməkdaşlar şirkətinizin simasıdır -onların nitqi üçün sərf etdiyiniz əmək sizə müsbət reputasiya olaraq geri dönəcək!

İşgüzar görüşlərdə danışıq təlimləri;

Hər bir görüşün taleyini düzgün qurulmuş nitq həll edir!

Rəhbər şəxslər üçün idarəetmə dili;

Bəzən bilik və təcrübə bəs etmir – personal idarə etmək bir sənət işidir!

Satış adamları üçün inadırıcı ünsiyyət;

Məhsul və xidmətinizn mükəmməl olması kifayət deyil – biznesin taleyini onun düzgün təqdim edilməsi, satışı həll edir!

Çıxış mətnlərinin hazırlanmasına və çıxışa dəstək;

Əvvəlcədən əla hazırlaşmaqla möhtəşəm nitq sərgiləyə bilərsiniz!

Bədən dili təlimi;

Ünsiyyətdə 60%-lik təsirə malik olan bədən dilini öyrənməklə insanları yaxşı mənada idarə edin, uğur qazanın!

Uşaq və yeniyetmələr üçün düzgün danışıq;

Övladlarınızın nitqi ilə ən azı onun təhsili qədər maraqlanın. Çünki o, nəyə sahib olduğunu yalnız nitqi ilə çatdıracaq!

Təlimçilər

Əlaqə

055 327 13 33 nömrəsinə həm zəng edə, həm də vatsapda yaza bilərsiniz.