Kurslarımız

Praktiki danışıq kursu

Asan və effektiv üsullardan istifadə edərək illərlə əziyyət çəkdiyiniz nitq sıxıntısını ən qısa vaxtda yox edirik!

Ləhcə və aksentin təmizlənməsi

Nə aid olduğumuz bölgənin ləhcəsi, nə də bildiyimiz xarici dilin aksenti danışıqda hiss olunmamalıdır. Biz ədəbi dildə səlis danışmağı öyrədirik!

Rəhbər şəxslər üçün danışıq kursu

Sizin nitqiniz reputasiyanızı dəfələrlə artıracaq! Lider kimi nümunəvi olmaq ən çox nitqinizlə baş tutacaq!

İş görüşündə peşəkar danışıq kursu

Əgər sizin CV-niz bəyənilibsə və siz görüşə çağırılmısınızsa, onda həlledici məsələ, sadəcə, nitqinizdir! Bizimlə hazırlaşın!

Tv və radioda çıxış edən ekspertlər üçün danışıq kursu

Efir həyəcanını yox etmək və sizi dinləyənləri, izləyənləri öz peşəkar nitqinizlə ovsunlamaq, əslində, asandır. Birlikdə öyrənək!

Müxtəlif peşə sahibləri üçün spesifik danışıq kursu

Müəllim, psixoloq, həkim, mühəndis və sair. Hər peşə sahibinin bilməli olduğu ünsiyyət qəlibləri var. Beləcə, daha effektiv olacaqsınız!

Çağrı mərkəzləri (”Call centre”) danışıq kursu

Vətəndaş və müştərilərinizdə məmnuniyyət hissi yaradacaq, işinizi irəli aparacaq əməkdaşlarınızın nitqinə mütləq fikir verin. Bəzən “Çağrı məkəzi” qurumun döyünən ürəyi olur…

Satışda işgüzar danışıq kursu

Satdığınız məhsulu və ya xidməti nitqinizlə ya göyə qaldıra, ya da yerə vura bilərsiniz. Siz, əlbəttə, 1-ci variantı seçirsiniz. Onda işin təlimini alsanız, möhtəşəm olar.

Aparıcılıq, müxbirlik, qiraətçilik kursu

Efir çoxunuzun xəyalıdır, düzdür? Amma müsabiqələrdən keçmirsiniz. Şansınızı günəş kimi parladın – bizimlə əvvəlcədən hazırlaşın!

Youtuber və blogerin danışıq kursu

Sizin tərzinizi yaradacaq məsələ təkcə paylaşdığınız məzmunlar yox, həm də nitqinizdir! Elə danışın ki, valeh olsunlar!

Peşəkar yazılı nitq, işgüzar yazışma kursu

Savadlı yazmaq çox vacibdir. Özəlliklə də söhbət rəsmi məktublaşmalardan gedirsə, çox məsuliyyətli olmaq lazımdır. Qısa müddətdə biz öyrədərik!

Uşaq və yeniyetmələr üçün danışıq kursu

Övladlarınıza parlaq gələcək vəd etmisinizsə, onların özlərini normal, sərbəst və güvənlə ifadə etməsinə yatırım edin! Qoy, utanmasınlar, geridə qalmasınlar!

Vacib etiket və davranış qaydaları

Mədəni insan olmaq cəmiyyətdəki nüfuzumuza bilavasitə təsir edir. Bəzi qaydaları bilməklə bu nüfuzu dəfələrlə artırmaq olar!

Bədən dili

Ünsiyyətdə bədən dili 60%-lik təsirə malikdir. İnsanlara nə deyəcəyinizlə yanaşı, necə deyəcəyiniz də önəmlidir. Bədən dilinin sirrini kəşf edin…

Loqoped xidməti

Bəzi nitq çətinlikləri məhz fiziki problemlərdən qaynaqlanır. Bunu həll etmək üçün mütləq loqoped müdaxiləsi lazım gəlir. Xüsusilə də uşaqlarda buna çox diqqət etmək lazımdır.

Praktiki danışıq kursu

Açıqlaması:

Kurs qrup şəklində (pandemiya ilə əlaqədar yalnız onlayn qaydada) reallaşdırılır.

Diksiya Akademiyasının rəhbəri Cəlalə Nəzəroğlu tərəfindən onlayn sistem üçün spesifik proqram yaradılıb. Proqram bütün təlimçilər tərəfindən heç bir dəyişiklik edilmədən tətbiq olunur. Saydan asılı olmayaraq, bütün iştirakçılar 90 dəqiqə ərzində digərlərini gözləmədən məşq edir, təlimatlari dinləyir, yerinə yetirirlər. Tapşırıqların nəticəsi motivindən asılı olaraq, video və audio formasında təlimçiyə göndərilir. Təlimdən sonra hər bir material diqqətlə analiz edilir və bütün iştirakçılara fərdi qaydada rəy bildirilir.

Öyrədilir:

Düzgün nəfəsalma texnikası (bu, düzgün danışığın təməlidir);

Səsin dolğunlaşdırılması;

Ağız tənbəlliyinin aradan qaldırılması;

Söz ehtiyatının artırılması;

Rabitəli danışıq, fikrin axıcı çatdırılması;

Çıxış həyəcanının aradan qaldırılması;

Vacib orfoqrafiya qaydaları;

Bədən dili təlimi

Kursun muddəti və qiymət:

Qrup təlimlərinin 2 növü var:

Kiçik və böyuk qruplar. Konsultasiyanın nəticəsindən asılı olaraq, iştirakçı bu iki qrupdan birinə təyin edilir.

Kiçik qruplarda həftədə 2 dəfə olmaqla, hər mərhələdə 8 təlim keçirilir (bundan əlavə, həftəiçi xeyli zaman ayrılır, vatsap üzərindən tapşırıqlar verilir, audio və videolar izlənilir, geri dönüş edilir).

Təlimçilər:

Mujgan Kadaşova, Ülkər Əlixanova, Rəhman Rəsulov

Böyük qruplar ustad dərsi hesab edilir. Həftədə 1 dəfə olmaqla, hər mərhələdə 5 təlim keçirilir (bundan əlavə, həftəiçi xeyli zaman ayrılır, vatsap üzərindən tapşırıqlar verilir, audio və videolar izlənilir, geri dönüş edilir).

Təlimçi: Cəlalə Nəzəroğlu

Ləhcə və aksentin təmizlənməsi

Açıqlaması:

Azərbaycan ədəbi dili heç bir bölgənin ləhcə və dialektinə tabe deyil. Hansı bölgədən böyüməsindən asılı olmayaraq, hər kəs yalnız bir üslubda-ədəbi dildə danışmalıdır. Kursumuzda Şəki, Naxçıvan, Cənub rayonları və digər bölgələrdən olan, ləhcəsi dərhal hiss edilən iştirakçılarımıza yardımçı oluruq.

Bundan başqa, müxtəlif xarici dillərdə uzun müddət danışmış şəxslərdə aksent hiss olunmaqdadır. Bu kursda onların tələffüzü Azərbaycan ədəbi dilinə uyğunlaşdırılır.

Bu kurs fərdi qaydada keçirilir. Fərdi təlimlər həm real, həm də önlayn qaydada təskil edilir.

Proqram minimum 4 mərhələni əhatə edir.

Hər mərhələdə 8 dərs keçirilir. Problemdən asılı olaraq, qiymət dəyişə bilər.

Qeyd: Konsultasiyanın nəticəsindən asılı olaraq, şəxsin diaqnozuna uyğun təlimçi və proqram seçilir.

Cəlalə Nəzəroğlu tərəfindən icra edilən kurs 5 təlimdən ibarət olur (4 mərhələ, hər mərhələdə 5 təlim).

Real və onlayn təlimlərin qiymət fərqi 50 azn təşkil edir.

Fərdi təlimin müddəti 1 saatdır.

Rəhbər şəxslər üçün danışıq kursu

Açıqlaması:

Hər bir rəhbər şəxs öz bilik və təcrübəsindən yararlanaraq idarə etdiyi kollektivdə söz sahibi olmaq istəyir. Qorxu və təzyiq altında saxlamadan və yaxud da həddindən artıq “yumşaq” davranaraq işlərin axsamasına səbəb olmadan uyğun bir idarəetmə dilini tətbiq etmək çox vacibdir. Bu, rəhbər şəxsin sözünün kəsərini artırır, əməkdaşların onu lider kimi qəbul etməsinə gətirib çıxarır.

Yəni, həm ondan çəkinir, həm də sevərək rəğbət göstərirlər. Belə idarəetmə üsulunda kollektiv arasında hərc-mərclik, dedi-qodu xeyli dərəcədə aşağı düşür, motivasiya yüksəlir. Bütün bunlar özlüyündə işin keyfiyyətinin yüksəlməsinə səbəb olur.

Bu kurs fərdi qaydada keçirilir. Fərdi təlimlər həm real, həm də önlayn qaydada təskil edilir.

Proqram minimum 4 mərhələni əhatə edir.

Hər mərhələdə 8 dərs keçirilir. Problemdən asılı olaraq, qiymət dəyişə bilər.

Qeyd: Konsultasiyanın nəticəsindən asılı olaraq, şəxsin diaqnozuna uyğun təlimçi və proqram seçilir.

Cəlalə Nəzəroğlu tərəfindən icra edilən kurs 5 təlimdən ibarət olur (4 mərhələ, hər mərhələdə 5 təlim).

Real və onlayn təlimlərin qiymət fərqi 50 azn təşkil edir. Yerində xidmət (şəxsin ofisinə gedərək) zamanı qiymət dəyişir.

Fərdi təlimin müddəti 1 saatdır.

İş görüşündə peşəkar danışıq kursu

Açıqlaması:

Arzuolunan işi əldə etmək bir çox halda yalnız iş görüşündəki söhbətdən asılı olur. Əgər göndərdiyiniz CV-dən sonra müsahibəyə dəvət edilirsinizsə, deməli, sahib olduğunuz kriteriyalar onlar üçün uyğun görünür. Görüş bir növ yazılanların təsdiqi xarakteri daşıyır. Bəzən yüksək bilik və bacarığa malik olan şəxslər yox, sadəcə, inandırıcılıq qabiliyyəti olan, ünsiyyətcil, diribaş adamlar işə qəbul edilir. Qapını necə döyülməsi, içəri girərkən qamətin necə olması, yeriş, duruş, oturuş, danışarkən səsin tonu, seçilən cümlələr, insan haqqında təəssürat yaradacaq tələffüz, mimika və jestlər- hər şey ümumilikdə görüşün taleyini həll edir. İş görüşünə qısa müddətdə hazırlaşmaqla arzu etdiyiniz işə nəzərdə tutduğunuz məbləğlə qəbul oluna bilərsiniz.

Bu kurs fərdi qaydada keçirilir. Fərdi təlimlər həm real, həm də önlayn qaydada təskil edilir.

Proqram minimum 4 mərhələni əhatə edir.

Hər mərhələdə 8 dərs keçirilir. Problemdən asılı olaraq, qiymət dəyişə bilər.

Qeyd: Konsultasiyanın nəticəsindən asılı olaraq, şəxsin diaqnozuna uyğun təlimçi və proqram seçilir.

Cəlalə Nəzəroğlu tərəfindən icra edilən kurs 5 təlimdən ibarət olur (4 mərhələ, hər mərhələdə 5 təlim).

Real və onlayn təlimlərin qiymət fərqi 50 azn təşkil edir.

Fərdi təlimin müddəti 1 saatdır.

Tv və radioda çıxış edən ekspertlər üçün danışıq kursu

Açıqlaması:

Gördüyü işi, xidməti, məhsulu tanıtmaq üçün bir çox şəxs TV və ya radio efirində, həmçinin sosial şəbəkələrdə çıxış edir. Bəzən onların “eeee”, “ııııı”, “mmmm” səslərini çıxararaq əziyyətlə danışması, ləhcə və dialket ünsürlərinin bilinməsi, fikrin dolaşıq ifadə edilməsi piardan daha çox anti-piara çevrilir. Müsbət reputasiya əldə etmək, peşəkar mütəxəssis kimi görünmək üçün bir nömrəli şərt məhz səlis nitqdir. Mikrofon və kamera xofundan əziyyət çəkənlər də bu kursdahəmin problemdən xilas ola bilirlər.

Bu kurs fərdi qaydada keçirilir. Fərdi təlimlər həm real, həm də önlayn qaydada təskil edilir.

Proqram minimum 4 mərhələni əhatə edir.

Hər mərhələdə 8 dərs keçirilir. Problemdən asılı olaraq, qiymət dəyişə bilər.

Qeyd: Konsultasiyanın nəticəsindən asılı olaraq, şəxsin diaqnozuna uyğun təlimçi və proqram seçilir.

Cəlalə Nəzəroğlu tərəfindən icra edilən kurs 5 təlimdən ibarət olur (4 mərhələ, hər mərhələdə 5 təlim).

Real və onlayn təlimlərin qiymət fərqi 50 azn təşkil edir.

Fərdi təlimin müddəti 1 saatdır.

Müxtəlif peşə sahibləri üçün spesifik danışıq kursu

Açıqlaması:

Müxtəlif peşələri icra edən şəxslər öz işlərində məhz danışıqları ucbatından tez-tez problem yaşayırlar. Bir həkim necə danışmalıdır? Qüsurlu tələffüzü, kobud səsi, dolaşıq fikirləri olan bir psixoloq öz pasiyentinə nə dərəcədə yardım edə bilər? Müəllim dərsi effektiv keçmək, tələbə və şagirdləri ələ almaq üçün necə danışmalıdır? Ofisant müştəri ilə ünsiyyətdə olarkən nələrə diqqət etməlidir? Bu siyahını uzatmaq olar... Bu kursda məhz spesifik olaraq peşə dili öyrədilir...

Bu kurs fərdi qaydada keçirilir. Fərdi təlimlər həm real, həm də önlayn qaydada təskil edilir.

Proqram minimum 4 mərhələni əhatə edir.

Hər mərhələdə 8 dərs keçirilir. Problemdən asılı olaraq, qiymət dəyişə bilər.

Qeyd: Konsultasiyanın nəticəsindən asılı olaraq, şəxsin diaqnozuna uyğun təlimçi və proqram seçilir.

Cəlalə Nəzəroğlu tərəfindən icra edilən kurs 5 təlimdən ibarət olur (4 mərhələ, hər mərhələdə 5 təlim).

Real və onlayn təlimlərin qiymət fərqi 50 azn təşkil edir.

Fərdi təlimin müddəti 1 saatdır.

Çağrı mərkəzləri (”Call centre”) danışıq kursu

Açıqlaması:

Adətən, aşağıdakı şəxslər hər bir qurum və şirkət haqqında ilkin təəssürat yaradırlar:

Zəngə cavab verənlər;

Mühafizədə olanlar;

Qeydiyyatda (“reseption”) çalışanlar...

Bu baxımdan cağrı mərkəzində çalışanların danışıq və ünsiyyət qabiliyyəti çox vacibdir. Üzündə təbəssüm olmadan, narazı səslə danışan, vətəndaş (və ya müştəri) əsəbi olduğu zaman onu sakitləşdirməyi bacarmayan, pis tələffüzü, yorucu, zəif səsi ilə qarşı tərəfi bezdirən əməkdaş işlərinizi irəli apara bilməz.

“Adi zəngə cavab verən”, - deyib keçməyin. Bəlkə də ən vacib əməkdaşınız odur. Onların fərdi inkişafına azacıq vəsait xərcləməklə gəlirlərinizi dəfələrlə artıra bilərsiniz.

Qeyd: Kursun ümumi qiyməti seçilən proqramdan, təlimin və iştirakçıların sayından, real-onlayn keçirilməsindən asılı olaraq dəyişir. Çağrı mərkəzləri üçün yerində xidmət daha effektiv hesab edilir.

Əvvəlcə əməkdaşların danışıq və davranışı analiz edilir, qeydlər aparılır və konkret faktlar əsasında proqram tərtib edilir.

Satışda işgüzar danışıq kursu

Açıqlaması:

Bir məhsulun və ya xidmətin keyfiyyətli, vacib olması onun daha çox satılması anlamına gəlməz. Burada onun düzgün təqdim olunması- inandırıcılıq çox mühümdür. Hər bir satış əməkdaşının təmiz, dolğun, savadlı, peşəkar danışması müştərini sehirləyərək özünə cəlb edir. Ən lazımlı bir xidməti belə, normal danışa bilməyən şəxs uğursuz təqdim etməklə gözdən sala bilər.

Qeyd: Kursun ümumi qiyməti seçilən proqramdan, təlimin və iştirakçıların sayından, real-onlayn keçirilməsindən asılı olaraq dəyişir.

Aparıcılıq, müxbirlik, qiraətçilik kursu

Şirkətimizdə aparıcı və ya öz səsi ilə mətnlər oxumaq istəyən müxbirlərə, sosial şəbəkələrdə və ya radio-televiziya efirlərində şeir, hekayə səsləndirmək istəyənlərə spesifik xidmət göstərilir.

Bu kurs fərdi qaydada keçirilir. Fərdi təlimlər həm real, həm də önlayn qaydada təskil edilir.

Proqram minimum 4 mərhələni əhatə edir.

Hər mərhələdə 8 dərs keçirilir. Problemdən asılı olaraq, qiymət dəyişə bilər.

Qeyd: Konsultasiyanın nəticəsindən asılı olaraq, şəxsin diaqnozuna uyğun təlimçi və proqram seçilir.

Cəlalə Nəzəroğlu tərəfindən icra edilən kurs 5 təlimdən ibarət olur (4 mərhələ, hər mərhələdə 5 təlim).

Real və onlayn təlimlərin qiymət fərqi 50 azn təşkil edir.

Fərdi təlimin müddəti 1 saatdır.

Aparıcılıq, müxbirlik, qiraətçilik kursu

Açıqlaması:

Şirkətimizdə aparıcı və ya öz səsi ilə mətnlər oxumaq istəyən müxbirlərə, sosial şəbəkələrdə və ya radio-televiziya efirlərində şeir, hekayə səsləndirmək istəyənlərə spesifik xidmət göstərilir.

Bu kurs fərdi qaydada keçirilir. Fərdi təlimlər həm real, həm də önlayn qaydada təskil edilir.

Proqram minimum 4 mərhələni əhatə edir.

Hər mərhələdə 8 dərs keçirilir. Problemdən asılı olaraq, qiymət dəyişə bilər.

Qeyd: Konsultasiyanın nəticəsindən asılı olaraq, şəxsin diaqnozuna uyğun təlimçi və proqram seçilir.

Cəlalə Nəzəroğlu tərəfindən icra edilən kurs 5 təlimdən ibarət olur (4 mərhələ, hər mərhələdə 5 təlim).

Real və onlayn təlimlərin qiymət fərqi 50 azn təşkil edir.

Fərdi təlimin müddəti 1 saatdır.

Youtuber və blogerin danışıq kursu

Açıqlaması:

Həvəskar və ya peşəkar formada blogerliklə məşğul olan şəxslər izləyici sayını artırmağı, işini daha da böyütməyi hədəfləyirlər. Burada nitqin əvəzolunmaz rolu var. Yadınıza salın, həvəslə izlədiyiniz, kanalına abunə olduğunuz şəxslərin hamısı istisnasız sizi nitqi ilə cəlb edənlərdir. Əlbəttə, görüntü də vacibdir. Amma hətta HD keyfiyyətdə olan bir görüntünü də qüsurlu nitq yorucu hala sala bilər, 30-40 saniyədən sonra videonun izlənilməsi dayandırılar. Qısamüddətli məşqlərdən sonra youtuber və blogerlər daha geniş kütlənin sevimlisinə çevrilə, daha çox gəlir qazana bilirlər.

Bu kurs fərdi qaydada keçirilir. Fərdi təlimlər həm real, həm də önlayn qaydada təskil edilir.

Proqram minimum 4 mərhələni əhatə edir.

Hər mərhələdə 8 dərs keçirilir. Problemdən asılı olaraq, qiymət dəyişə bilər.

Qeyd: Konsultasiyanın nəticəsindən asılı olaraq, şəxsin diaqnozuna uyğun təlimçi və proqram seçilir.

Cəlalə Nəzəroğlu tərəfindən icra edilən kurs 5 təlimdən ibarət olur (4 mərhələ, hər mərhələdə 5 təlim).

Real və onlayn təlimlərin qiymət fərqi 50 azn təşkil edir.

Fərdi təlimin müddəti 1 saatdır.

Peşəkar yazılı nitq, işgüzar yazışma kursu

Açıqlaması:

Səlis danışmaq qədər savadlı yazmaq da vacibdir. Gündəlik ünsiyyətimizin yarıdan çoxunu yazaraq təmin edirik. Təcrübə göstərir ki, bir çox insan danışdığı kimi yazır, durğu işarələrinin yerini bilmir. Bu isə həmin şəxslər haqqında savadsız təəssüratı yaradır. Bəzən hansısa statusu və ya rəyi, yaxud da bizə gəlmiş SMS-i, e-maili oxuyanda bir cümlənin az qala hər söznüdə səhv tapırıq. Həmin şəxs heç bir vəchlə bizə savadlı və peşəkar olduğunu sübut edə bilməz. Orta məktəb səviyyəsində 10-15 qaydanı öyrənməklə özünüzə qarşı fikri dəyişə bilərsiniz.

Qeyd: Bu kursdan həm də şirkətlər yararlanmaqdadır. Komandamız müvafiq şirkətlərin sayt və sosial şəbəkələrini analiz edərək, düzəlişlərin tətbiqi ilə məşğuldur. Bundan başqa, şirkət əməkdaşlarının vətəndaş və müştərilərlə olan yazışmaları təhlil edilir, səhvlər qeyd edilir və ortadan qaldırılır.

Uşaq və yeniyetmələr üçün danışıq kursu

Açıqlaması:

Uşaqların nitqi ilə vaxtında maraqlanmamaq onların sonralar bir çox psixoloji problem yaşamasına səbəb olur. Uşaqlar özlərini ifadə edə bilmir, çarəsiz vəziyyətə düşürlər. Getdikcə utancaqlıq sindromu onları tamamilə sarıyır, özünü aciz, fərsiz, lazımsız, güvənsiz hiss etməyə başlayırlar. Uşağa elə gəlir ki, danışsa, ona güləcəklər, dostları ondan daha ağıllıdır və s.

Yeniyetməlik dövründə bu problemlər daha da qabarır. Yaranmış travmalar insanın bəzən bütün ömrü boyu davam edir. Belə şəxslər çox zaman nə ailə həyatında, nə dostlar arasında, nə də iş yerində layiq olduyqları mövqeyə sahib ola bilmirlər. Odur ki, övladının gələcəyini düşünən hər bir valideyn bu kursumuzdan yararlanır, onlara ən vacib nemətlərdən biri olan danışıq qabiliyyətini bəxş edirlər.

Vacib etiket və davranış qaydaları

Açıqlaması:

Etiket — insanların məişətdə, xidmətdə, ictimai yerlərdə, küçədə, qonaqlıqlarda, müxtəlif növ rəsmi tədbirlərdə davranışını tənzimləyir. Hər bir mədəni insan əsas etiket normalarına riayət etməyi başa düşməklə yanaşı, müəyyən qayda və qarşılıqlı münasibətlərin zəruriliyini də dərk etməlidir. Özünü cəmiyyətdə yaxşı aparmağı bacarmaq çox böyük əhəmiyyət kəsb edir. Bu cür qabiliyyət sayəsində insan başqaları ilə asanlıqla əlaqə yarada bilir, qarşılıqlı anlaşmaya nail olur, yaxşı, sabit qarşılıqlı münasibətlər yarada bilir.

Bir çox şəxs etiket qaydalarını tamamilə bildiyini zənn edir. Amma işin dərinliyinə daxil olduqda, nə qədər səhvə yol verdiyini anlayırlar. Birinci kim salam verməlidir - içəri girən, yoxsa artıq içəridə olan? Liftə birinci kişi, yoxsa qadın daxil olmalıdır? Kişi nə zaman qadına əl uzada bilər?

Əl necə sıxılmalıdır? Harada, necə danışmaq lazımdır? Nəyi demək olar, nəyi yox? İşdə subordinasiya qaydası necə olmalıdır? Əməkdaş rəhbər şəxslə və ya əksinə, necə davranmalıdır? Buna bənzər bir çox sualın cavabını məhz bu kursumuzda tapa bilərsiniz.

Bədən dili

Açıqlaması:

Bədən dili hələ qədim zamanlardan qeyri-ixtiyari formada ortaya çıxan ümsiyyət vasitəsidir. Bütün insanlar danışanda bədən dilinən istifadə edirlər. Bəs bunu sonradan öyrənmək nəyə lazımdır?

Məsələ burasındadır ki, hər bir hərəkətin xüsusi mənası var və qarşıdakı şəxsin alt şüuruna təsir edir. Bədən dilini qeyri-ixtiyari formadan çıxarıb ixtiyari formaya gətirməklə siz insanları sözün yaxşı mənasında idarə edəcəksiniz. Onlara hansı hərəkətin necə təsir etdiyini bildiyiniz üçün ixtiyari jest və mimikalardan istifadə etməklə uğurlu ünsiuyyət quracaqsınız.

“Bədən dili” ifadə formasıdır?

Əlbəttə! Qədim Roma filosofu Siseron ilk dəfə olaraq, sağlam və mükəmməl bir ünsiyyət qurmaq üçün bədən dilinin və sözlərin birlikdə, paralel istifadəsinin lazım olduğunu görmüşdü. Bədən dilimizlə duyğu və düşüncələrimizi ifadə etməyə imkanı tapırıq. Məsələn, yaxamıza taxdığımız nişanla peşəmizi, başımızı yelləyərək bir fikiri təsdiqlədiyimizi, dostumuzun əlini tutaraq onu sevdiyimizi ifadə edə bilərik. Ayrıca bədən dili ilə şifahi ünsiyyəti dəstəkləyib, onu qüvvətləndirə bilərik.

Loqoped xidməti

Açıqlaması:

Bəzi fiziki problemlər var ki, onlar yalnız loqopedin müdaxiləsi ilə ortadan qaldırılır. Belə olan halda, əvvəlcə fiziki maneələr həll edilir, daha sonra diksiya təlimlərinə başlanılır.

Xüsusi xidmət: Millət vəkilliyinə namizədin çıxışa hazırlanması

Heç kəsə sirr deyil ki, Azərbaycanda deputatlığa namizədlər efirdə və ya seçiciləri qarşısında nitq söyləyərkən heç də hər zaman uğurlu olmurlar.

Hətta bəzi nitqlərdən arzuolunmaz parçalar kəsilərək sosial şəbəkələrdə paylaşılır, lağ obyektinə çevrilir. Hər bir siyasi fiqur ən birinci nitqi ilə təsir etməyi bacarmalıdır. Dünya təcrübəsində siyasətçilərin nitqi, çıxış mətnləri, etiket qaydaları ilə işləyən xüsusi komanda mövcuddur. Onlar bu məsələyə etinasız yanaşmır, hətta ən vaciblər sırasına qoyurlar. Müsbət reputasiya ən birinci nitqlə başlayır.

Siyasətçilərin tarixə iz qoyan çox məşhur çıxışlar var. Cəlalə Nəzəroğlunun “Danışığınla həyatı qazan” kitabında bəzi siyasi liderlərin böyük bir çevrilişə səbəb olan çıxışları yer almaqdadır. Onlar kütləni öz arxalarınca aparmağı bacarır, bəlağətli natiqlik qabiliyyəti ilə hər kəsi heyran qoyurdular. Belə bir bacarıq sonradan öyrənilə bilər.

Diksiya Akademiyası sizi səlis danışığa, savadlı yazmağa dəvət edir! Uğurlar!

Əlaqə

055 327 13 33 nömrəsinə həm zəng edə, həm də vatsapda yaza bilərsiniz.