Rəylər

Orxan Adıgözəl

(publisist)

25 Fev 2021

Özünü ifadə etmək insana hava və su kimi lazımlı nəsnədir. Bu, olmayanda psixoloji, hətta fizioloji gərginliklər də yaranır. Özünüifadənin ən unikal yolu danışıqdır. Keyfiyyətli danışıq həm danışana, həm də dinləyənlərə müsbət təsir edir. Beləliklə, Cəlalə xanım və komandasının hazırladığı və ictimaiyyətə açıq elan etdiyi diksiya mədəniyyəti inkişafı cəmiyyət üçün olduqca faydalı hadisədir. Səxavətlə paylaşılan bu bilgilər insanlarımıza özünü ifadə etməyə və rəvan nitqlə ətrafa müsbət enerji ötürməyə vasitəçi olur. Müvəffəqiyyətlər!

Ruhana Mehraliyev

25 Fev 2021

Danışığımla bağlı özümə güvənim yox idi, öz nitqimi kompleks edirdim. Amma indi gözəl təlimçimiz Cəlalə xanımın dəstəyilə bunu aradan qaldırıram .Cəlalə xanımın sayəsində vatsapda artıq barmaqlarımı yormadan, rahatlıqla səsimi kiməsə yollaya bilirəm. Əvvəlllər səsi göndərəndən sonra dəfələrlə dinləyib silirdim. Kim nitqinə görə özünü narahat hiss edirsə, mütləq Diksiya Akademiyasına yazılsın! Çünki ilk növbədə insana özgüvəni, motivasiyanı nitq verir. Nə qədər savadlı olursan ol, nitqin gözəl deyilsə, o savadın kölgəsində gizli qalacaq. Diksiya Akademiyasına qoşularaq siz də nitqinizi gözəlləşdirə, həyatınızı müsbət yönə dəyişə bilərsiz! Diksiya Akademiyasına müraciət etdiyimə görə, çox-çox məmnunam. Yaxşı ki, bu təlimə qoşuldum və yaxşı ki, gözəl, gülərüz təlimçimiz Cəlalə xanımı tanıdım. Qısa müddətdə bir ailə kimi olduq! Təşəkkürlər, Diksiya Akademiyası!

Şəhla Novruzova

(AMEA-nın Fizika İnstitutunun elmi işçisi)

25 Fev 2021

Diksiya Akademiyası sayəsində öyrəndim ki, əslində, özümüzü ətrafımızdakılara kifayət qədər tanıtmağı bacarmırıq. Səbəb isə nitqimizin uğursuz olması və ünsiyyətcillik qabiliyyətinin azlığıdır. Öz üzərimdə işləməklə nələrə nail ola biləcəyimi Diksiya Akademiyasında öyrəndim. Bu biliklər həyatımı dəyişdi. Danışığımı mükəmməlləşdirmək yoluna Cəlalə Nəzəroğlunun "Danışığınla həyatı qazan" kitabı ilə davam edirəm. Təşəkkürlər, Diksiya Akademiyası!

Röya İsmayılova

(“Günay” sığortanın filial rəhbəri)

25 Fev 2021

Əvəllər elə bilirdim ki, normal danışıram. Özümü aparıcı kimi sınamaq istəyəndə anladım ki, nitqimdə qüsurlar var. Diksiya Akademiyasına müraciət etdim. Təlimlərdən sonra danışığım daha rabitəli oldu, özümə inam hissi yüksəldi. Yalnız diksiya təlimlərindən sonra anladım ki, insanı qorxaq edən onun danışıq qabiliyyətinin yaxşı olmamasıdır. Sərbəst danışan insanlar başqalarına daha tez təsir edə bilirmiş... Diksiya Akademiyasına bu misilsiz fəaliyyəti üçün dərindən təşəkkür edirəm!

Tamara Qasımova

(İbtidai sinif müəllimi)

25 Fev 2021

Mən müəlliməm. Uzun müddətdir ki, öz peşəm üzrə işləyirəm, amma iclaslarda sözümü, fikrimi, haqqımı deyə bilmirdim. Həyəcan, utanmaq hissi imkan vermirdi ki, fikrimi aydın catdırım. Çıxış etmək istəmirdim, çünki,səsim titrəyirdi. Məncə, bu, Azərbaycanda çox adamın problemidir. Təlimlərdən sonra sanki həyatım dəyişdi. Mən özümü yenidən kəşf etdim. İndi daha inamlıyam! Siz böyük bir iş görmüsünüz, bu Diksiya Akademiyasını yaratmısınız. Bu Akademiyanı dövlətin köməyilə inkişaf etdirmək lazımdır. Çünki 7-dən 77-yə hamının bu Akademiyadan dərs almasına ehtiyac var. Diksiya Akademiyasının verdiyi təlimi nə orta məktəbdə, nə də ki, universitetdə verirlər. Gəlin, bu elm ocağına dəstək olaq. Ölkəmizin, millətimizin, balalarımızın gələcəyi naminə! Bu xeyirli, şərəfli işdə Diksiya Akademiyasının bütün əməkdaşlarına uğur, güc, səbir arzulayıram!

Natiq Hüseyn

25 Fev 2021

Nitq bir mədəniyyətdir. Peşəsindən asılı olmayaraq, hər kəs bu mədəniyyətə sahib olmaq istəyir. Odur ki, yolunuzu Diksiya Akademiyasından salın. Böyük məqsədlərə çatmaq üçün isə böyük inam lazımdır. Bu güvən hissini məndə yaradan, peşakar Cəlalə xanıma və onun komandasına minnətdaram!

Əlaqə

055 327 13 33 nömrəsinə həm zəng edə, həm də vatsapda yaza bilərsiniz.