Ülkər Əlixanova
Azərbaycan Dillər Universitetinin Filologiya və Jurnalistika fakültəsində təhsil alıb. Bir sıra rəsmi tədbirlərin aparıcısı olub. Dilçiliklə bağlı elmi məqalələrin müəllifidir.
Azərbaycan Televiziyası “Xəbərlər” departamentində, İctimai Televiziya və Radio Yayımları şirkətində çalışıb.
“İrəli” ictimai birliyinin nəzdində fəaliyyət göstərən “İrəli” radioda xəbər aparıcısı kimi fəaliyyət göstərib.
Hazırda Diksiya Akademiyasında təlimçi kimi çalışır.