DİŞLƏR

Diş – canlılarda ərzağın ilkin mexaniki emalı üçün orqanizmin bir hissəsidir. Heyvanlarda, həmçinin müdafiə və hücum silahıdır. İnsanda danışıq alətlərindən biri və gülüş atributu kimi istifadə edilir. Dişlərin səslənmədəki rolu çox böyükdür. Dişləri tökülmüş, ya da protez dişlər düzəltdirmək üçün dişlərini çəkdirən adamların, ön dişləri tökülmüş uşaqların danışığındakı qüsuru yadınıza salın. Görürsünüz, səs qəribə çıxır, sözləri aydın başa düşmək olmur.

Sait səslər ağızdan maneəsiz şəkildə çıxır. Amma samit səslərin çıxarılışında vəziyyət dəyişir. Burada dişlər xüsusi vəzifə icra edirlər. Ağızdan gələn hava axınını dişlərin arasından süzülüb keçməsi ilə səslər bir-birindən fərqlənir. Dilin dişlərə hansı formada toxunması səslər arasında ciddi fərq yaradır. Misal üçün, bəziləri “Ç” və “C” səslərini normal deyə bilmir, eşidənləri qıcıqlandırır. “Ç” və “C” səsləri yan diş samitləridir. Bu samitlər çıxarılarkən dilin yanları üst dişlərin daxili qisimlərinə və damağa dəyməlidir. Dil çənəyə paralel və dilin ucu alt diş ətinə doğru mövqe almalıdır. Qüsurlu tələffüzdə “Ç” və “C” deyərkən dişlər azacıq aralı qalır, dilin ucu dişlərə toxunub geri çəkilir. Bu zaman itələnən hava axını aralı dişlərdən sızılıb xaric olunur, həmin qıcıqlandırıcı səs yaranır.

Başqa bir missal: “V” və “F” diş-dodaq samitləridir. Üst dişlər alt dodağa dəyərkən meydana gəlir, sürtünmədən yaranır. Tək fərq “V” deyərkən dişlərin alt dodağın üstünə, “F” deyərkən nisbətən daxilinə toxunmasıdır. Qabaq dişləri qısa və ya nisbətən uzun olan (bəziləri estetik olduğunu düşünərək qabaq dişləri uzatdırır) insanların tələffüzündə ciddi qüsurlar yaranır.

Dişlərin daim sağlam, təmiz və ağ olması, ağızda pis qoxunun olmaması sosial həyat üçün çox vacibdir. Əvvəla, bu, danışanda özgüvən hissi yaradır. “Görəsən, nəfəsimdən iy gəlirmi, görəsən, qarşımdakı narahat oldumu, çürük dişim görünürmü?” və sair kimi suallar narahat etməsə, danışan bütün diqqətini mövzuya yönəldəcək, daha sərbəst şəkildə fikirlərini ifadə edə biləcək. Dişlərində və ağız qoxusunda problem olan insanlar, adətən, danışmaqdan çəkinirlər və ya əllərini ağzılarına tuturlar. Bu da sosial həyatı, münasibətləri çox ciddi şəkildə zədələyən faktorlardan biridir.

25 Fev 2021

Digər bloglar

NATİQLİK SƏNƏTİNİN YARANMA TARİXİ- I HİSSƏ

25 Fev 2021

“OHA” VAR DAĞA QALDIRAR, “OHA” VAR DAĞDAN DÜŞÜRƏR”

25 Fev 2021

DİLİMİN UCUNDAKI KƏLMƏLƏR

25 Fev 2021
Əlaqə

055 327 13 33 nömrəsinə həm zəng edə, həm də vatsapda yaza bilərsiniz.