NATİQLİK SƏNƏTİNİN YARANMA TARİXİ- I HİSSƏ

Diktatura rejimində ritorika gərəksizdir. Çünki xalqın inanmaqdan başqa bir variantı yoxdur. Azad olmayan xalq ona təqdim olunan yeganə variantı seçə bilərdi. Ona görə də natiqlik sənəti yalnız demokratiyada doğula bilərdi. Ritorika antik dünya demokratiyasının dəstəyi, köməkçisi olmuşdu.

Qədim dövrlərdə natiqlik sənəti “ritorika” adlanırdı. Ritorika sözü yunanca “rhetorikos” (ῥητορικός) sözündən yaranıb. Mənası - “rhetor” (ῥήτωρ) “natiq”, “ero” (ἐρῶ) “danışmaq” deməkdir. Ritorika xitabət sənəti kimi başa düşülürdü. Bu sənət dili cilalamaq, gözəl danışıq sənətinə yiyələnmək kimi səciyyələnirdi.

Qədim Yunanıstanda eramızdan əvvəl V əsrdə Sokrat tərəfindən istifadə edilən bu söz yazılı şəkildə ilk dəfə Platonun “Qorgiy” adını verdiyi dialoqunda (başqa adı-”Ritorika haqqında”) istifadə olunmuşdu. Ritorika sənətinin mövcud olması üçün üç əsas ünsür vacib hesab olunurdu: danışmaq, dinləmək və düşünmək. Ritorika sənətinin əhəmiyyəti ədəbiyyatda, siyasətdə, məhkəmələrdə özünü qabarıq şəkildə göstərirdi. Bu səbəbdən də hələ qədim dövlərdə natiqlik sənəti dəyər qazandı və ondan istifadə edən ağıllı, bacarıqlı insanlar ortaya çıxdı.

Qədim dövrlərdə ritorikanın 3 növü vardı: Logos, Patos və Etos

Etos

“Etos” ifadəsi latınca “mores” sözündən götürülüb, mənası “əxlaq” deməkdir. Yəni, gözəl danışan adam əxlaqi bacarığa sahib olmalıdır. Burada “Mən” məsələsi ön sırada durur. Etos natiqin silahıdır. Danışanın peşəsi, ya da ictimai mənşəyi nə olursa, olsun onun əxlaqi cəhətdən hər kəsə nümunə olması şərt idi.

Patos

Ritorikanın bu növü danışanı aldatmaq, razı salmaq, həyəcanlandırmaq, ya da ovsunlamaq məqsədi daşıyırdı. Etos təsir edəndir, patos isə sualların qaynağıdır. Yəni, dinləyici danışanın təsirində qalandır, ona inanandır..

Loqos

Dinləyici və danışan öz qaydalarına bağlıdır. Dinləyən müzakirəsi gedən məsələyə etiraz etmək, öz mühakiməsini yürütmək istəyir. Danışan çox gülcü dəlillərlə dinləyəni razı salmağa müvəffəq olur, öz üslubu ilə onun rəğbətini qazanır. Sualların cavablarını öz fərqliliyini qoruyaraq açıqlayır. Dinləyən daha öncə öz mövqeyindən bu qədər asanlıqla dönməmişdi. O, bu cavabdan artıq razıdır.",

Antik Yunan cəmiyyəti şifahi mədəniyyətin hakim olduğu bir cəmiyyətdir. Hüquq, təhsil, siyasət, fəlsəfə nitqə əsaslanırdı. Antik yunanlıların əksəriyyyəti fitri danışıq qabiliyyətinə sahib idi. Bu, Homerin “İliada” və“ Odessiya” əsərlərində də özünü göstərir. Qəhrəmanlar qeyri-adi çıxışları ilə məclislərdə və yığıncaqlarda xalqa təsir göstərməyi bacarırdılar. Lakin belə çıxışlar bir anlıq ilhamla doğurdu, iz buraxmadan itirdi. Nitq bu çağda hələ təbii bir qabiliyyət halında idi. Buna malik olmayanlar onu sonradan öyrənərək qazanmağa çalışmırdılar. Yəni, hər hansı bir yerdə söylənəcək nitqi müəyyən bir nizama görə hazırlamağı, diqqətlə seçilmiş sözlərdən istifadə edərək məqsədə çatmağı öyrədən bir nitq konsepsiyası, müəllim və məktəb yox idi. Danışıq qabiliyyətinin nizamlı bir formaya düşməsi, öz-özlüyündə sənət sahəsinə çevrilməsi e.ə V əsrin sonu, IV əsrdə inkişaf etməyə başladı. ",

Ritorikanın yaranması birbaşa demokratiya ilə bağlıdır. Afinanın siyasi, hüquqi quruluşu ritorikanın ortaya çıxması üçün uyğun bir mühit idi. Xüsusilə e.ə V əsr Afinasında bütün vətəndaşlar hərbi vəzifələrini yerinə yetirməkdən başqa, həm də bütün ictimai vəzifələrin də öhdəsindən gəlmək qabiliyyətinə malik idilər. Hər azad vətəndaş xalq məclisinin üzvü idi, şəhərə aid olan hər cür problem birbaşa onları da maraqlandırırdı. ",

Məhkəmə olacağı təqdirdə, əvvəlcə şikayət dövlət qulluqçusuna çatdırılırdı. Daha sonra xalqın özündən təşkil olunmuş münsiflər heyətinin qarşısına şikayətçi ilə onun ittiham etdiyi şəxs çıxırdı. Bu məhkəmələrdə nə hakim, nə də tərəflərin vəkili olurdu. Hər şey onların danışıq qabiliyyətindən asılı idi. Buna görə də həm şikayətçi, həm də qarşı tərəf münsifləri razı salmaq, öz tərəflərinə çəkmək üçün bütün bacarığını ortaya qoyurdu. İttiham olunan yalnız inandırıcı danışığı ilə özünü müdafiə edə, məhkəməni uda bilərdi. Beləcə, gözəl və yerində söz seçməyi bacaran, səs tonu, jest və mimikalar, ümumiyyətlə, natiqliyi şərtləndirən elementlərdən istifadə edənlər hər şəraitdən çıxmağı bacarır, öndə gedə bilirdilər.",

Belə bir mühitdə ritorika zaman keçdikcə sənət halına gələ bildi.",

Diktatura rejimində ritorika gərəksizdir. Çünki xalqın inanmaqdan başqa bir variantı yoxdur. Azad olmayan xalq ona təqdim olunan yeganə variantı seçə bilərdi. Ona görə də natiqlik sənəti yalnız demokratiyada doğula bilərdi. Ritorika antik dünya demokratiyasının dəstəyi, köməkçisi olmuşdu.

25 Fev 2021

Digər bloglar

“OHA” VAR DAĞA QALDIRAR, “OHA” VAR DAĞDAN DÜŞÜRƏR”

25 Fev 2021

DİŞLƏR

25 Fev 2021

DİLİMİN UCUNDAKI KƏLMƏLƏR

25 Fev 2021
Əlaqə

055 327 13 33 nömrəsinə həm zəng edə, həm də vatsapda yaza bilərsiniz.