Oksana Cəfərova

Oksana Cəfərova

Oksana Cəfərova 1997-ci ildə anadan olub. Bakı Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasını bitirib. 2018-ci ildən müxtəlif kurslarda və fərdi qaydada Azərbaycan dilini tədris edir. Bir müddət televiziyada redaktor, xəbər aparıcısı və veriliş departamentlərində çalışıb. 1 ildir ki, "Diksiya Akademiyası"nda fəaliyyətini davam etdirir.

2014-cü ildə Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Gənc Natiqlər" layihəsinin iştirakçısı olub. "Gənc natiq" sertifikatına layiq görülüb.

2018-ci ildə "Gəncliyin Baxış Bucağından Türkiyə" adlı Respublika Simpoziumunda iştirak edib.

Gəncliyin Baxış Bucağından Türkiyə" adlı Respublika Simpoziumunun sertifikatına layiq görülüb.

Bir neçə məqalə müəllifidir. "Diksiya Akademiyası"nın təlimçisi kimi çalışmağa davam edir.

Əlaqə

055 327 13 33 nömrəsinə həm zəng edə, həm də vatsapda yaza bilərsiniz.